Beynəlxalq Oftalmologiya Günü: İşıqlı dünyamızı qoruyanların peşə bayramı

Faktum.az xəbər verir ki, avqustun 8-i bütün dünyada Beynəlxalq Oftalmologiya (Oftalmoloqlar) Günü kimi qeyd olunur. Bu əlamətdar gün dünya şöhrətli göz cərrahı, akademik Svyatoslav Fyodorovun doğum günü münasibətilə 2004-cü ildə təsis edilib və həmin vaxtdan etibarən hər il müntəzəm olaraq keçirilir.
Əlamətdar günün əsas amacı cəmiyyətin diqqətini göz sağlamlığına, görmə qüsurlarının erkən diaqnostikasına və profilaktikasına cəlb etməkdir. Bu çərçivədə bir çox ölkələrdə, o cümlədən tibb müəssisələrində ödənişsiz göz müayinələri, maarifləndirici aksiyalar və xeyriyyə tədbirləri təşkil olunur.
İnsan ətraf mühit haqqında informasiyanın 80%-dən çoxunu məhz görmə üzvü vasitəsilə qəbul edir. Müasir dövrdə qadjetlərdən kütləvi istifadə, ekrana uzunmüddətli baxış və gərgin iş rejimi göz sağlamlığına təsir edən ana amillərdəndir. Mütəxəssislər bildirirlər ki, görmə qabiliyyətində heç bir narahatlıq hiss olunmasa belə, ildə ən azı bir dəfə profilaktik oftalmoloji müayinədən keçmək gələcəkdə yarana biləcək ciddi fəsadların qarşısını almaq üçün vacibdir.
