Azərbaycan–Qırğızıstan dostluğu yeni mərhələyə yüksəlir

Azərbaycan–Qırğızıstan dostluğu yeni mərhələyə yüksəlir
2026-cı il iyulun 31-də Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin inkişafında mühüm hadisə oldu. Səfər çərçivəsində keçirilən görüşlərdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi, müxtəlif sahələr üzrə gələcək planlar nəzərdən keçirildi. Dövlət başçılarının mətbuata verdiyi bəyanatlar isə dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndiyini bir daha göstərdi. Prezident İlham Əliyev çıxışında bildirdi ki, Azərbaycan və Qırğızıstan ortaq tarixə, mədəniyyətə və mənəvi dəyərlərə malik olan dost ölkələrdir. Bu münasibətlər təkcə siyasi əlaqələrlə məhdudlaşmır. İqtisadiyyat, nəqliyyat, təhsil, mədəniyyət və humanitar sahələrdə həyata keçirilən birgə layihələr əməkdaşlığın gündən-günə genişləndiyini göstərir.
Bəyanatda vurğulandı ki, iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini daim dəstəkləyir. Qarşılıqlı etimad və hörmət Azərbaycan ilə Qırğızıstan arasında əlaqələrin əsasını təşkil edir. Son illərdə yüksək səviyyəli qarşılıqlı səfərlərin artması da bu münasibətlərin uğurla inkişaf etdiyini təsdiqləyir. Səfər zamanı təhsil və mədəniyyət sahəsində əməkdaşlığın əhəmiyyəti də xüsusi qeyd edildi. Ağdam şəhərində Qırğız xalqının məşhur qəhrəmanı Manasın adını daşıyan məktəbin fəaliyyət göstərməsi iki qardaş xalqın dostluğunun parlaq nümunəsidir. Bu məktəb gələcək nəsillərə qardaşlıq, birlik və qarşılıqlı hörmət dəyərlərini aşılayacaq. Azərbaycan və Qırğızıstan iqtisadi əlaqələrin genişləndirilməsinə də böyük önəm verir. Ticarət dövriyyəsinin artırılması, nəqliyyat marşrutlarının inkişafı, yeni investisiya layihələrinin həyata keçirilməsi hər iki ölkənin iqtisadi inkişafına müsbət təsir göstərəcək. Bu əməkdaşlıq regionda sabitliyin və rifahın möhkəmlənməsinə də xidmət edir.
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri bir daha göstərdi ki, Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər möhkəm təməl üzərində qurulub. Dostluq, qarşılıqlı dəstək və ortaq məqsədlər bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminlik yaradır. İki ölkənin birgə fəaliyyəti həm xalqların rifahına, həm də türk dünyasında həmrəyliyin güclənməsinə mühüm töhfə verir.
Zərdab rayon Əlibəyli kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Kəmalə Əliyeva
