Kamil dünya: Nizaminin ideal cəmiyyəti

Faktum.az xəbər verir ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə“sinin sonuncu bəstəsi olan “İsgəndərnamə” (xüsusən onun “İqbalnamə” hissəsi) təkcə tarixi-fəlsəfi bir poema deyil, həm də Şərq intibahının ən mükəmməl utopik cəmiyyət modelidir.
Şair əsərin cənub qütbünə yaxın sirli bir məmləkətin təsvir olunduğu hissəsində zülmün, ədalətsizliyin, yoxsulluğun və hakimiyyət hərisliyinin olmadığı, insanların tam bərabərlik və azadlıq şəraitində yaşadığı ideal sosial quruluşun mənzərəsini yaradır.
Nizaminin uzaqgörən fəlsəfəsinə görə, bu cəmiyyətdə pul, ordu, məhkəmə və zindan yoxdur, çünki heç kim başqasının haqqına təcavüz etmir, hamı kollektiv əməklə məşğul olur və məhsul bərabər bölüşdürülür. Avropa renesansının Tomas Mor və Tommaso Kampanella kimi utopistlərindən əsrlər əvvəl qələmə alınan bu dahi konsepsiya insana, elmə və ədalətli hökmdar ideyasına söykənərək bəşəriyyətin əbədi xoşbəxtlik və sülh arzusunu əks etdirir.
