Ədalətin və gözəlliyin təcəssümü olan Tərəzi bürcü haqqında hər şey

Faktum.az xəbər verir ki, Zodiak dairəsinin 7-ci bürcü olan Tərəzi (23 sentyabr – 22 oktyabr), astroloqlar tərəfindən tarazlıq, zəriflik, diplomatiya və estetik anlayışın rəmzi kimi qəbul edilir. Hava elementinə mənsub olan və nəzakət, məhəbbət, gözəllik planeti olan Venera tərəfindən idarə edilən Tərəzi, Zodiakda canlı varlıqla təmsil olunmayan yeganə bürc olaraq kainatdakı mütləq balansı simvolizə edir. Tərəzi bürcləri münaqişələrdən nifrət edir, hər zaman sülhsevər və diplomatik mövqe nümayiş etdirirlər. Onların fitri ədalət hissəsi, iki tərəf arasında vasitəçi olmaq və harmoniyanı bərpa etmək bacarığı ən gərgin situasiyaları belə yumşaltmağa qadirdir. Eyni zamanda yüksek estetik zövqə malik olan bu bürclər incəsənətə, modaya, gözəl mühitə və keyfiyyətli yaşam standartlarına aşiqdirlər.
Lakin Tərəzi bürcünün ən böyük zəifliyi onun tərəddüdləri və qərarsızlığıdır. Hər bir məsələnin müsbət və mənfi tərəflərini həddindən artıq çək-çevir etdikləri üçün kiçik bir qərarı vermək belə onlar üçün böyük bir problemə çevrilə bilər. İnsanları incitməkdən və qarşıdurmadan qaçdıqları üçün tez-tez “yox” deyə bilmir və öz istəklərini arxaya atırlar. Sevgi və münasibətlərdə Tərəzi üçün tərəfdaşlıq həyatın mərkəzində durur; onlar yalnızlığı sevmirlər və romantik, qarşılıqlı hörmətə söykənən ideal münasibət axtarışında olurlar. Əkizlər, Dolça, Şir və Oxatan bürcləri ilə mükəmməl uyğunluq təşkil etdikləri halda, Xərçəng və Oğlaq bürcləri ilə emosional və prinsipial toqquşmalar yaşaya bilərlər. İş həyatında isə yüksək kommunikasiya və ədalət prinsipi sayəsində hüquq, diplomatiya, dizayn, incəsənət və PR sahələrində böyük uğurlar qazanırlar.
