Göbək dəliyi insan ruhunun qapısıdır.

İnsan ana bətnində ziqot halında ikən, dölü ana ilə bağlayan göbək bağı yaranır. Göbək bağı vasitəsi ilə, ana bətninə tutulan dölün ilk enerji qaynağı yaranır.
İnsan bütün orqanları ilə müstəqil dünyaya gəldikdə belə, bağlandığı göbək bağı kəsilmədən, anadan ayrıla bilmir. İnsan bədənində izi qalan göbək dəliyi, sandığımızdan daha böyük özəlliklərə sahibdir.
Biz vücud olmadan öncə, ruh halında təcəlli tapırıq. Ruhun heç də düşündüyümüz kimi, beynimizlə, qəlbimizlə qidalanmır. Bilavasitə göbək dəliyi vasitəsi ilə qidalanır. Eyni zamanda, göbək vasitəsi ilə ruh halımız neqativ enerji ilə yüklənir.
Siz düşündünüzmü, nə üçün qədimdən, yaxın keçmişə qədər, insanlar belələrini bağlayırdılar? Hətta el arasında buna işarə edən deyim belə var. Birinə xeyir və ya şər işi olduqda, “belini bağlayıb, ayağa qalxdı”. Hətta belə bağlanan sarğlara, qurşaqlara, kəmərlərə, göbəyin üzərində olmaqla qızıl, gümüş,mis, dəmir kimi metallar əlavə edilirdi.
Günümüzdə isə, energetika elminin sirlərini bilən insanlar, toplum içərisində əllərini göbələkləri üzərində çarpazlayaraq, xaricdən daxil olan neqativ enerjiləri əngəlləyib, daxili enerjilərini qoruyurlar. Buna ən tutarlı sübut, İngiltərə kraliçası, mərhum Yelizavetanı nümunə göstərə bilərik.
Köhnə nənələrimizin təcrübələrindən dəfələrlə şahidi oldum və o dövrlərdə cahillik olaraq qəbul etdiyim bir faktı xatırladım. Körpə heç bir səbəb olmadan, ağlayır, narahatlıq yaşayırsa, anaya körpənin göbəyini yalamasını söyləyirdilər. Doğru, bir qədər cəhalət kimi görünə bilər. Ulularımızın unutduğumuz həqiqətləri bizə isbat edir ki, müasir dünyanın modern elmi bilikləri, ruh dünyasının qapısını aralayan bilmir.
Fiziki qidamizızı ağzımıza qəbul etdiyimiz halda, ruhu qidamızı göbək dəliyi ilə ala bilməyimizə niyə inanmayaq?
Tərifə Şükürqızı
