Haqqımızda Reklam Əlaqə
160×600
160×600

”№1 Çörək Zavodu”nun sahibi dövlətə külli miqdarda BORCLANDI – FOTOFAKT

19 Sentyabr 2026, 11:38 İqtisadiyyat
728×90
Bakıda “№1 Çörək Zavodu” brendi ilə tanınan “PACIFIC BREAD” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə iri məbləğdə vergi borcu yaranıb.
Faktum.az-ın  32gun.az-dan əldə etdiyi məlumata görə, şirkətin hazırda 140.083,86 AZN təşkil edən ödənilməmiş vergi borcu mövcuddur.
Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 57, mənzil 50 olan MMC-nin nizamnamə kapitalı 200 AZN təşkil edir.
Cəmiyyətin qanuni təmsilçisi Şabanov İlkin İmran oğludur. Qeyd edək ki, İlkin Şabanov eyni zamanda ölkənin iri distributor və istehsalat şirkətlərindən olan “Delta Qrup C.O.” MMC-yə də rəhbərlik edir.
728×90
Paylaş: