Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Xurma ağacı “sevgilisiz” bəhər vermir

17 İyul 2026, 13:30 Cəmiyyət
728×90

Müqəddəs kitabımızda adı keçən möcüzə: Xurma ağacının az bilinən sirri

Faktum.az  xəbər verir ki, müqəddəs kitabımız Qurani-Kərimdə adı gedən 7 meyvədən olan xurma təbiətin tam bir möcüzəsidir. Xurma meyvəsinin faydaları, tərkibinin zənginliyi barədə çox məlumatlara sahibik. Hətta xurmanın tərkibində 83 elementin olduğu bildirilir. Biz sizə xurmanın çox az insanın bildiyi özəliyindən söhbət açacağıq. Bilirik ki, xurma ağacı isti hava şəraiti olan ölkələrdə bitir. Ərəbistan yarımadası ölkələri, İran, İraq xurmanın vətənidir. Bəs xurma ağacı necə əkilir? Xurma ağacı digər ağaclar kimi tək əkildikdə bar vermir. Ağac erkək-dişisi ilə birlikdə əkilməlidir. Ağacın erkəyi ilə dişisini hər kəs ayıra bilmir. Bunun üçün xurma bağları salınan zaman mütləq peşəkar bağbanlar dəvət olunur. Süfrənizdə sevimli nemət olan xurmanın bu gizli sirrini isə çox az insan bilir.

Tərifə Şükürqızı

728×90
Paylaş: