Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Xocavənd və Şuşaya növbəti köç karvanı yola salındı

08 İyul 2026, 09:22 Cəmiyyət
728×90

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam edir.

Faktum.az  xəbər verir ki, Xocavənd rayonunun Güneyxırman və Quzeyxırman kəndlərinə, həmçinin Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə növbəti köç karvanı yola salınıb.

Bu mərhələdə Xocavənd rayonunun Güneyxırman kəndinə 18 ailə (72 nəfər), Quzeyxırman kəndinə 21 ailə (87 nəfər), Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə isə 15 ailə (51 nəfər) köçürülüb.

Ümumilikdə, 54 ailə olmaqla 210 nəfər doğma yurduna qayıdır.

728×90
Paylaş: