Haqqımızda Reklam Əlaqə
REKLAM160×600
REKLAM160×600

Vətən müharibəsi iştirakçılarına, müharibə əlillərinə verilən güzəşt və imtiyazlar

23 İyul 2026, 09:15 Sosial
REKLAM728×90

​Azərbaycan xalqının əldə etdiyi tarixi Qələbədə misilsiz xidmətləri olan Vətən müharibəsi iştirakçıları və müharibə əlilləri dövlətin həm diqqət mərkəzindədir, həm də qanunvericiliklə müəyyən edilmiş geniş sosial müdafiə təminatları və imtiyazlarla əhatə olunublar. Bu kateqoriyadan olan şəxslərin cəmiyyətə inteqrasiyası, həyat şəraitinin yaxşılaşdırılması və sosial təminatı istiqamətində mühüm addımlar atılır.İşdən azadolma zamanı üstünlük:

  1.  Müəssisələrin ləğvi və ya işçilərin sayının ixtisarı zamanı müharibə iştirakçıları və əlilləri işdə saxlanılmaqda üstünlük hüququna malikdirlər.

​Əlavə məzuniyyət hüququ: Müharibə əlillərinə və iştirakçılarına qanunvericiliklə nəzərdə tutulmuş qaydada əlavə ödənişli məzuniyyət günləri və ya istədikləri vaxt ödənişsiz məzuniyyət götürmək hüququ verilir.

2.  Sosial Təminat və Pensiya Təminatı

​Prezident təqaüdü: Müharibə əlillərinə və “Vətən Müharibəsi İştirakçısı” medalı ilə təltif olunmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri ödənilir.
​Sosial müavinətlər: Əlilliyin dərəcəsindən asılı olaraq əlilliyə görə müavinətlər və ya pensiyalar təyin edilir.
​Sanatoriya-kurort müalicəsi: Müharibə əlilləri və iştirakçıları dövlət tərəfindən ildə bir dəfə pulsuz sanatoriya-kurort yollayışları ilə təmin olunurlar.

3.   Tibbi Xidmət və Səhiyyə Güzəştləri

​Ödənişsiz tibbi xidmət: Müharibə əlilləri dövlət büdcəsi hesabına tibb müəssisələrində növbədənkənar və icbari tibbi sığorta paketi çərçivəsində dərman vasitələri, protez-ortopedik məmulatlar və reabilitasiya vasitələri ilə təmin olunurlar.
​Psixoloji dəstək: Müharibə iştirakçılarının reabilitasiyası məqsədilə xüsusi psixoloji xidmətlər və dəstək proqramları həyata keçirilir.

4.   Mənzil və Kommunal Xidmət İmtiyazları

Mənzil təminatı: Birinci və ikinci qrup müharibə əlilləri, eləcə də şəhid ailələri dövlət tərəfindən növbə gözləmədən fərdi evlərlə və ya mənzillərlə təmin olunurlar.
​Kommunal güzəştlər: İstehlak olunan qaz, işıq, su və rabitə xidmətləri üzrə qanunvericiliklə müəyyən edilmiş güzəşt limitləri tətbiq edilir.

  5.    Təhsil Sahəsində Güzəştlər

​Təhsil haqqından azadolma: Müharibə iştirakçılarının və müharibə əlillərinin, eləcə də onların övladlarının dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan zaman təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilir.

​Yataqxana və təqaüd üstünlüyü: Təhsil alan zaman təqaüd və yataqxana ilə təminatda müvafiq güzəştlər tətbiq olunur.

 

Hazırladı:  Vətən Müharibəsi İştirakçısı
                       Jurnalist Xəqani Muradov

REKLAM728×90
Paylaş: