Türk qadınını “Arvad” adlandırmaq təhqirdir.

Türk milləti az qala dünyanın özü qədər qədimdir. Millətimizin qürur duyulası dili, dini, eradan əvvəl yaranmış Orxan – Yenisey əlifbası var.
Türk qadınının yeniyetmə qızına “banu”, gənc qızına ” bəyim”, gənc qadınına “xanım”, orta yaşlı qadınına “xatun”, yaşlı qadınına “xanım-xatın” deyə , xitab olunub.
Ərəb istilasından sonra qadın dönüb “arvad”, yəni utanc yeri oldu. Halbuki, türk toplumunda qadın kişi ilə bərabər söz sahibi idi. Hətta böyük türk sərkərdəsi Atilla mühüm dövlət sənədlərini, diplomatik sazişləri xanımının imzası olmazsa, qəbul etmirdi.
Türk qadını belə bir uça dəyərdən, ərəbin “arvad” kəlməsini haqlı olaraq təhqir hesab etməlidir. Hətta rəsmi dövlət dilimizdən “arvad” kəlməsinin birdəfəlik çıxarılmasını arzu edirəm.
Unutmaq olmaz ki, insan hansı adla çağrılarsa, ona dönüşür.
Qadın “arvad” olaraq utanc yeri deyil, ana olaraq “and” yeridir.
Tərifə Şükürqızı.
