Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Təbiətin Təbii Antiseptiki: Zoğal

23 Sentyabr 2026, 16:30 Cəmiyyət
728×90

Gülçiçəklilər və zoğalkimilər fəsiləsinə aid olan zoğal (Cornus mas) əsrrlər boyu Qafqaz və Yaxın Şərq təbabətində, eləcə də milli mətbəxdə xüsusi yeri olan müalicəvi bitkidir.

Faktum.az xəbər verir ki, zoğalın təkcə meyvəsi deyil, tumu, qabığı və yarpaqları da zəngin bioloji tərkibə malikdir. Tərkibində limondan daha çox C vitamini, E və P vitaminləri, kalium, dəmir, pektin, tanin və organic turşular olan bu meyvə immuniteti kəskin şəkildə artırır, qan dövranını yaxşılaşdırırvə bədəndən ağır metalları kənarlaşdırmağa kömək edir.

Zoğalın meyvəsi təbii antiseptik və temperaturdaşırıcı xüsusiyyəti ilə tanınır; soyuqdəymə və qrip zamanı bədənin müqavimətini bərpa edir. Tərkibindəki yüksək miktar tanin maddəsi sayəsində mədə-bağırsaq pozuntularında, xüsusən də ishal zamanı güclü büzücü təsir göstərərək həzm sistemini tez bir zamanda nizama salır. Zoğalın tumu təmizlənib qovrulduqdan sonra üyüdülərsə, xalq təbabətində babasil (hemorroy) və mədə qanaxmalarına qarşı istifadə olunur. Yarpaqlarının və ağac qabığının dəmləməsi isə sidikqovucu təsirə malikdir, böyrək daşlarının düşməsinə və diabet xəstələrində qan şəkərinin tənzimlənməsinə fayda verir.

Hər nə qədər faydalı olsa da, zoğaldan istifadə edərkən bəzi məqamlara diqqət yetirmək lazımdır. Yüksək turşuluğa (turş organik maddələrə) malik olduğu üçün kəskin qastrit, mədə yarası (xora) və hiperasidlikdən əziyyət çəkənlərə çiy zoğal yemək məsləhət görülmür. Həmçinin güclü büzücü təsirinə görə xroniki qəbizliyi olan şəxslərdə vəziyyəti çətinləşdirə bilər. Həddindən artıq zoğal şirəsi içmək diş emalını zədələyə biləcəyi üçün istifadədən sonra ağzı su ilə yaxalamaq tövsiyə olunur.

Milli mətbəximizdə zoğaldan mürəbbə, kompot, turşu və zoğal axtası hazırlanır. Xüsusilə zoğal mürəbbəsi bişirilərkən meyvələrin əzilməməsi üçün bütöv və bir qədər bərk dənələr seçilir. Şəkər şərbəti əvvəlcədən hazırlanır və zoğal dənələri onun içərisində az ocaqda, bir neçə mərhələdə bişirilir. Mürəbbənin tamını və parlaqlığını qorumaq üçün bişməyə yaxın üzərinə çox az limon duzu və ya limon şirəsi əlavə olunur. Zoğal mürəbbəsi və çayı Azərbaycanda qış aylarında soyuqdəyməyə qarşı istifadə olunan ən sınanmış təbii vasitə hesab olunur.

728×90
Paylaş: