Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Sultan İbrahim’in Osmanlı Tarihindəki Namus Ləkəsi

20 Oktyabr 2026, 12:00 Dünya
728×90

Osmanlı imperiyası ölkələr fəth edib, İslamı yayması ilə qürur duyurdu. Lakin Avropa və Asiya qitələrində hökmranlıqlarını qurmuş Osmanlı sultanlarının böyük hissəsi öz nəfsləri üzərində hakimiyyətə sahib ola bilmirdilər. Bunun ən rüsvayçı nümunəsi Sultan İbrahimə aiddir.

Gözəlliyi ilə ad çıxarmış Maraş bəylərbəyi İbşir Mustafa paşanın rəsmi xanımı Pərixan xanımın sorağı sultanın qulağına qədər gəlib çatmışdı. Qadını əldə etmək üçün Sivas valisi Varvar Əli paşaya fərman göndərib, qadının saraya gətirilməsini əmr edər.

Varvar Əli paşa üz qızardan rüsvayçı fərmanı cırıb atar. Ardından: “Mən binamus deyiləm ki, başqasının nikahlı qadınını sultana hədiyyə edim”, — deyə bildirər. Sultanın rüsvayçı hərəkətinə qarşı üsyana başlar.

Sultan üsyanı yatırtmaq üçün qadınına göz qoyduğu İbşir Mustafa paşanı göndərər. Qarşılığında ona Varvar Əli paşanın mövqeyini vəd edər. Kişilik qürurunu, şərəfini, namusunu vəzifəyə qurban verən İbşir Mustafa paşa, onun namusunu qoruyan Varvar Əli paşanın üzərinə gedər. Üsyanı yatırıb Varvar Əli paşanı edam kötüyünə yatırar. Edam zamanı Varvar Əli paşa: “Sənin namusunu qoruduğum üçün məni öldürürsən?” — deyər.

Hadisələrin sonunda İbşir Mustafa paşa Sivasın bəylərbəyi olur, olmasına… Eləcə də, xalq içərisində “dəyyusi-əkbər” (böyük dəyyus) damğası ilə ömrünü başa vurar.

Çox tarixçi Osmanlı dövrünün ehtişamını, ədalətini və gücünü olduğundan böyük şəkildə göstərməyə çalışır. Lakin Osmanlı sultanlarının taxt uğruna ata, qardaş, ana, oğul, nəvə qatili olduqlarından, şəhvət uğruna başqasının namusuna göz dikəcək qədər alçaldıqlarından bəhs etmək istəmir.

Tarix isə namus ləkəsini silmir.

Tərifə Şükürqızı

 

728×90
Paylaş: