Sirkad ritm: Bədənimizin daxili bioloji saatı necə işləyir?

Faktum.az xəbər verir ki, insan orqanizminin günün müxtəlif saatlarında nədən yuxulu, nədən fəal və ya ac olduğunu idarə edən mexanizm sirkad ritm, yəni bədənimizin daxili bioloji saatıdır. Latın dilindən tərcümədə “circa diem” (təxminən bir gün) mənasını verən bu ritm, beynimizdəki supraxiazmatik nüvə (SCN) tərəfindən idarə olunur və təxminən 24 saatlıq təkrar olunan bioloji prosesləri nizamlamaqla cavabdehdir.
Sirkad ritmin ən əsas tənzimləyicisi isə gün işığıdır; gözlərimizə düşən işıq beynə siqnal ötürərək səhər saatlarında oyanıqlıq təmin edən kortizol, qaranlıq düşdükdə isə yuxu hormonu olan melatonin ifrazını işə salır. Müasir dövrdə gecə saatlarında telefon və kompyuterlərin yaydığı mavi işıq, qeyri-müntəzəm yuxu rejimi və geşən vaxt dəyişiklikləri (jet lag) bu həssas balansı pozaraq immunitet zəifliyi, xroniki yorğunluq, maddələr mübadiləsi pozuntuları və depressiya kimi fəsadlara yol açır.
Bioloji saatımızı qorumaq üçün hər gün eyni saatda yatıb-oyanmaq, səhərlər təbii gün işığı almaq və gecə saatlarında süni işıqları minimuma endirmək sağlam həyatın ən vacib şərtlərindən biridir.
