Silahsız müharibə: Kodlarla ölkələri iflic edən kiber hücumlar

Faktum.az xəbər verir ki, müasir dövrdə müharibələrin xarakteri köklü şəkildə dəyişərək ənənəvi döyüş meydanlarından raqəmsal məkana keçib.
Artıq ölkələri iflic etmək, iqtisadiyyatları çökdürmək və strateji obyektləri sıradan çıxarmaq üçün raketlərə və ya ağır hərbi texnikaya ehtiyac qalmır; bunun üçün yalnız mürəkkəb proqram kodları və kiber hücumlar yetərli olur.
Enerji şəbəkələri, bank sistemləri, dövlət strukturları, səhiyyə və nəqliyyat infrastrukturunu hədəf alan bu görünməz hücumlar, qısa müddətdə bütün bir ölkədə xaos yaratmaq gücünə malikdir. Qlobal miqyasda milli təhlükəsizliyin əsas prioritetinə çevrilən kiber müharibələr, gələcəyin münaqişə modelini müəyyənləşdirərək dövlətləri müdafiə strategiyalarını raqəmsal müstəvidə yenidən qurmağa məcbur edir.
