Qırğızıstanın Müstəqillik Günüdür

1991-ci ildə Qırğızıstanın müstəqilliyini bəyan etdiyi dövlət bayramıdır.
Faktum.az xəbər verir ki, hər il 31 avqust tarixində dost və qardaş Qırğız Respublikası özünün ən mühüm dövlət bayramını – Müstəqillik Gününü təntənə ilə qeyd edir. 1991-ci il avqustun 31-də Qırğızıstan Ali Sovetinin növbədənkənar sessiyasında “Qırğız Respublikasının dövlət müstəqilliyi haqqında Bəyannamə” qəbul edilmişdir. Bu tarixi sənədlə Qırğızıstan rəsmi olaraq özünü müstəqil, suveren və demokratik bir dövlət kimi elan etmişdir. Hər il bu tarixdə ölkə daxilində və xaricdəki diplomatik korpuslarda müstəqillik gününə həsr olunmuş rəsmi tədbirlər, hərbi paradlar və mədəniyyət proqramları təşkil olunur.
