Haqqımızda Reklam Əlaqə
REKLAM160×600
REKLAM160×600

Qədim Misir hiyeroqliflərinin sirrini açan Rozetta Daşı

29 İyul 2026, 09:45 Cəmiyyət
REKLAM728×90

Faktum.az xəbər verir ki, tarixin ən mühüm tapıntılarından biri sayılan Rozetta Daşı haqqında bəzi yanlış məlumatlar mövcuddur. Bir çox mənbələrdə bürünc lövhə kimi təqdim edilsə də, Rozetta Daşı əslində qara qranitdən (dioritdən) ibarət böyük bir daş kəlləsidir.

E.ə. 196-cı ildə həkk olunmuş bu məşhur daşın üzərində eyni mətn üç müxtəlif yazılışla — qədim Misir hiyeroqlifləri, demotik (xalq dili) yazı və qədim yunan əlifbası ilə yazılmışdır. 1799-cu ildə Misirdə Fransa əsgərləri tərəfindən tapılan bu tarixi abidə, 1822-ci ildə fransız alimi Jan-Fransua Şampolyon tərəfindən yunan mətni ilə müqayisə edilərək oxunmuşdur. Beləliklə, Rozetta Daşı əsrlər boyu sirr olaraq qalan Qədim Misir hiyeroqliflərinin şifrəsini açaraq Misirşünaslıq elminin əsasını qoyan ən mühüm tarixi kəşfə çevrilmişdir.

REKLAM728×90
Paylaş: