Haqqımızda Reklam Əlaqə
REKLAM160×600
REKLAM160×600

Prezidenti istefaya göndərən vəkil

21 İyul 2026, 13:36 Dünya
REKLAM728×90

Dilə daxil olan hər bir kəlimə istər, fiziki, istər mənəvi olaraq, insanın düşüncələrini əks etdirməklə yaranır.

Məsələn, Haqsızlıq və ədalət.

İnsanın yaşadığı halı, maddi, mənəvi, fiziki, psixoloji əzab veribsə, bunu haqsızlıq adlandırıb. Ondan qorunmaq üçün seçdiyi müdafiə sisteminə ədalət deyib.

Ədalət kiçik cəmiyyət olan ailə başda olmaqla, bəşəriyyətin dayaq sütunudur. Çox təəsüf ki, hər zaman ədaləti qoruyanların özləri haqsızlığa uğrayırlar.

Almaniyanın Honefer şəhərində yaşayan qadın vəkil isə bunun hər zaman belə olmadığını sübut etdi.  17 fevral 2012-ci ildə Almaniyanın prezidenti Kristian Vulffun istefasına nail oldu. Prezidentinin istefasına səbəb isə, ailəsi ilə birlikdə üç günlük istirahətinin 1500 avro otel xərclərini iş adamına ödətdirməyi olub. İnsanlar hər zaman haqsızlığın qalib gəldiyini söyləyirlər.  Biz isə düşünürük ki, dünyanın harasında olursa-olsun və kimliyindən asılı olmayaraq ədalət öz yerini tapşırsa, dünyanı xilas etmək olar.

Tərifə Şükürqızı

REKLAM728×90
Paylaş: