Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Özü özünü yeyən quş

04 Sentyabr 2026, 09:30 Özəl
728×90

Quşların böyük bir qismi köçəri həyat yaşayırlar ki, bu barədə hələ uşaq ikən məlumatlıyıq.
Bəs, köç öncəsi quşların heyrətamiz davranışları, ağıla gəlməz hazırlıq tədbirləri barədə nə bilirik?
Sizə kiçik bir quşdan bəhs etmək istəyirik ki, başdan-basa yaradanın möcüzəsidir desək, yerinə düşər.
Elmi adı Limosa (latın dilində) olan böyük oxcüllüt quşu köç öncəsi daxili orqanlarını yeyib, yağa çevirir. Uçuş zamanı 11-12 gün qidalanmayan quş , böyrək, qara ciyər, mədə, bağırsaqlara ehtiyac duymur. Əksinə, orqanları onun üçün yükdür.
Böyük oxcüllüt quşu, Alyasqadan, Tanzaniyaya, Yeni Zelandaya təqribən 11000-13000 min km məsafəni qət edərkən bir dəfə olsun dincəlmir.
Elm dünyası bu quşun ilk köçündən belə, gedəcəyi məkanın yönünü dəqiq bilməsinə heyrət edir. Sübut olunmuşdur ki, quşun beynində maqnit zərrəcikləri mövcuddur və bunun sayəsində quş “kopmasını” ucacağı istiqamətə yönləndirir.
Eyni zamanda quş, ulduzlara baxıb, istiqamətini müəyyən edə bilir. Ulduzları isə, körpə ikən səmaya baxaraq əzbərrləyir.
Uçuşu bitdirib, yerə endikdən dərhal sonra, daxili orqanlar yenidən bərpa olunur.
Böyük oxcüllüt quşu hər il köç öncəsi bu prosesi yaşayır.
Təbiətdə var olan canlıların həyatına diqqət etdikdə, şurlu olsa da,ən aciz varlıq insan olduğuna qənaət gətirməmək mümkün deyil.
Bir quş doğulduğu andan yönünü müəyyən etməyi öyrəndiyi halda, insan var ki, bir ömür gedəcəyi yolu tapa bilmir.


Tərifə Şükürqızı

728×90
Paylaş: