Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Ordubadlı “Ayıboğan Nəzərəli” – Dədə Qorqud dastanından çıxmış müasir pəhləvan

13 İyul 2026, 11:00 Cəmiyyət
728×90

Faktum.az oxucularına Azərbaycan kinosunun xəzinələrindən sayılan və izləməyən kimsənin qalmadığı “Dədə Qorqud” filmini xatırladır. Filmdə Qazan xanın öküzü öldürmə səhnəsi, Bamsı Beyrəyin şirlə vuruşu bunun bir kino olduğunu bildiyimiz halda belə bizə necə böyük həyəcan yaşadır. Eyni zamanda qürur verir ki, xalqımızın belə igid oğulları olub və hər zaman da olacaq. Biz boşuna filmdəki döyüş səhnələrindən bəhs etmədik; istədik ki, siz oxucularda belə bir mənzərənin reallıqda baş verməsi tablosunu canlandıraq.

Bu gün sizə yaxın keçmişimizə qədər yaşamış, Ordubad rayonunun Dəstə kəndindən olan Nəzərəli (Nəzər kişi) adlı, el arasında isə “Ayıboğan Nəzər” kimi tanınan bir qəhrəmanımızı tanıtmaq istəyirik. Peşəsi çobanlıq olan Nəzər kişi pəhləvan görüntülü, iri cüssəli və heybətli duruşu ilə hər kəsdə həm ehtiram, həm də ehtiyat hissi oyadırdı. Günlərin birində dağda heyvanları otararkən qəfildən nəhəng bir ayı ilə qarşı-qarşıya gəlir. Ayıya sadəcə fiziki güclə qalib gələ bilməyəcəyini anlayan Nəzər kişi dərhal strateji bir addım ataraq heyvanın nəfəs yollarını kəsməyi düşünür. O, çoban yapıncısının ətəyini qoluna möhkəmcə dolayıb, əlini birbaşa ayının boğazına soxur. Nəfəssiz qalan ayı elə oradaca boğulur. O gündən sonra Nəzər kişi el arasında “Ayıboğan” adı ilə məşhurlaşır.

Yazının önündə boşuna o möhtəşəm filmdən bəhs etməmişdik. Sonda da elə filmdə deyildiyi kimi vurğulayırıq:

“Hələ varıq, olacağıq, artacağıq, yaşayacağıq!”

Bundan sonra da xalqımızın dağ cüssəli, düşmən bağrı yaracaq oğulları doğulacaq və yeni tarixlər yazacaqlar. Elə Nəzər kişinin o məşhur misralarında deyildiyi kimi: “Nəzərəli ha Nəzərəli, Oğulun adama nə zərəri?”

Tərifə Şükürqızı

728×90
Paylaş: