Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Ordubad limonu niyə bu qədər bahalıdır?

08 İyul 2026, 11:00 Cəmiyyət
728×90

Limon çay süfrəmizin əvəzolunmaz nemətidir. Bizim millət çaya cox bağlıdır. Xüsusiylə limonla birlikdə içilən samovar çayı.
Limon, subtropik bitki olduğu üçün əsasən ölkəmizin cənub bölgəsində açıq havada yetişdirilir və bol məhsul verir.
Bu gün bazarlarda istər yerli istərsə də xarici məhsul olsun, limonun bir kiloqramı 5-6 manat arasında dəyişir. Ordubad limonunun bir ədədi isə sahibindən 5 manatdan 25 manata qədər təklif olunur. Bəs Ordubad limonunu bu qədər özəl, bahalı edən nədir?
Məlumdur ki, Ordubad rayonunun iqlimi kontinental iqlim tipidir. Yayı kəskin, quru isti, qışı dondurucu soyuqdur. Belə şəraitdə limon ağaclarını açıq havada yetişdirmək qeyri- mümkündür. Ordubad əhalisi limon ağaclarını dibçəklərdə yetişdirirlər. Yazda havalar isinən zaman ağır dibçəklər açıq havaya daşınır, xüsusi hazırlanmış təbii gübrələr verilir. Xüsusi qulluq qaydaları ilə limon dibçəklərinə qayğı göstərilir. Maraqlı hal ondan ibarətdir ki, Ordubad rayonundan cəmi 40 km aralıda yerləşən Culfa və Naxçıvan Muxtar Respublikası heç bir rayonunda bitkini yetişdirmək mümkün olmur.

Ordubad limonu haqda çox maraqlı bir hal da var ki, hətta bunu çox Ordubadlı belə bilmir. Uzun illər öncə Ordubadın kəndlərindən birinə qonaq getmişdim. Evin bağçasında xeyli sayda limon dibçəkləri düzülmüşdü. Ağacların üzərində gözoxşayan sarı limonlara heyranlıqla tamaşa edirdim və düşünürdüm ki, limonlu çaya qonaq olacayıq .Süfrəyə çay gələn zaman limon yox idi. Yaşlı ev sahibi utancaq şəkildə bildirdi ki, filan oglum evdə olmadığı üçün limon dərə bilmədik. Təəccüblü baxışlarımızı duyan ev sahibi ardından qeyd etdi ki, limon çox həssas bitkidir. Ona hər kəs toxuna bilməz. Daima bir nəfər limon dərə bilər. Əks halda, ağac küsür,növbəti il məhsul vermir.
Limon çiçək açan zaman, Ordubad xanımları,tökülən çiçəkləri toplanıb çaya, şərbətlərə, mürəbbələrə ətir vermək üçün istifadə edirlər.

Ordubad limonunun zərif qabığı ,sarı ilə yaşıl çalarlı rəngi, ən əsası isə ətri onu bu qədər dəyərli edir.

Azərbaycan torpağının hər qarışı əvəzsiz sərvətləri ilə qibtə ediləcək qədər əvəzolunmaz və gözəldir.

Tərifə Şükürqızı

728×90
Paylaş: