O tarix müəllimi idi. Ölkəsinin qədəri sərkərdə etdi

Avropa dövlətlərinin müstəmləkə siyasəti, uzun illər, hətta əsrlərcə, inkişafdan geri qalan xalqların qanını sordu. Müstəmləkə ölkələrinin xalqları öz ölkələrində qonaq kimi yaşamağa məhkum edildi. Lakin hər acı günün sonu olduğu kimi, Vietnam xalqının da, Fransa zülmünə qarşı baş qaldırdığı gün gəldi.
1953-cü il, 13 mart tarixində “Qızıl Napaleon” adı verilmiş, vietnamlı tarix müəllimi Vo Nquyen Giap Fransa ordusu ilə qarşılaşdı .
Fransızların ağlına gəlmədiyi döyüş zəkası ilə, işğalçı ordunu rüsvayçı şəkillər məğlub etdi. 11 min Fransa əsgər və zabitini əsir aldı. Fransa qoşunlarına başçılıq edən Proth utancından, əl bombası ilə qərargahında intihar etdi.
Fransa çarəsiz şəkildə məğlubiyyət aktını imzalayıb, Vietnamda müstəmləkəçilik dövrünə son verdi.
Vietnamın azadlığı Amerika Birləşmiş Ştatlarının iştahını artırdı.
Bu məqsədlə 1968-ci ildə Vietnam üzərinə ordu yeritdi.
Vo Nquyen Giap keçirdiyi saysız müharibə təcrübələri sayəsində Amerika ordusuna ağır zərbə vurdu.
Amerika qüvvələri Vietnamın şəhərlərini darmadağın etdiyini düşünürkən, Giap yerin altında yaratdığı nəhəng istehkamda ordusu ilə yaşayıb, düşməni məğlub etdi.
Giapın heç bir hərbi təhsili yox idi.
İxtisası tarix müəllimi idi. Buna baxmayaraq, onun hərbi zəkası sayəsində, Vietnam xalqına qarşı başlanan müharibələrdən hər zaman zəfərlə çıxmağı bacardı. General rütbəsinə qədər yüksəlib, Vietnamın müdafiə naziri vəzifəsinə təyin olundu. Vietnam xalqı Giapı Vietnamın xilaskarı olaraq tanıyır.
Giap 102 yaşında dünyasını dəyişdi. Ömrünün son anlarına qədər xalqına xidmət etdi.
Tarix bir daha sübut etdi ki, qəlbində Vətən sevgisi, ruhunda azadlıq alovu yanan bir xalqı məğlub etmək mümkün deyil.
Allah şəhidlərimizə rəhmət etsin.
Tərifə Şükürqızı
