Haqqımızda Reklam Əlaqə
160×600
160×600

”Mükəmməl olmadı” deyib, qızını öldürdü

23 Sentyabr 2026, 10:00 Kriminal
728×90

Cəmi 18 il ömür sürdü. 18 ilik ömründə intellekti, zəkası, elmi ilə, adını dünyaya tanıtdı.

Hildeqart Rodriqies Kalbalyeyra 1914-cü ildə İspaniyada, Madriddə Madriddə doğuldu. Anası Aurora Roqriqes, onu bir övlad olaraq deyil, xəyalında yaratdığı qüsursuz , mükəmməllik layihəsinin vasitəsi kimi dünyaya gətirdi.(ojenik layihə və ya nəsli islah etmə). Hətta qadın, Hilderqardın atasını qüsursuz genləri olan birini seçmişdi.

Auroranın qatı, ciddi tərbiyyəsi ilə, uşaq 2 yaşında mükəmməl şəkildə oxumağı, 4 yaşında yazı makinasında sərbəst yazmağı öyrəndi. 10 yaşına çatdığında 4 dildə sərbəst danışmağı bilirdi.

17 yaşında hüquq fakültəsini bitirən Hilderqard, İspaniyada ən gənc vəkil oldu. İspaniyada cinsi islahatlar, qadın hüquqları, sosial məsələləri əhatə edən 16 kitab, 150 məqalə yazdı. Anası Auroranın durmadan artan nəzarətindən xilas olmaq, müstəqil fikirlərini yaymaq, İngiltərəyə getmək barədə düşünürdü.

Tiran ananın yaratdığı “mükəmməl əsərinin məhv olması” panikasi ilə, 8 İyun 1933-cü ildə 18 yaşlı gənc qızını gecə yatağında 4 dəfə atəş açaraq öldürdü.

Məhkəmə qarşısına çıxarılan ananın etirafı daha da qan donduran idi: “Heykəltaraş, əsərində kiçik qüsur gördüyündə, əsərini məhv edir” deməklə, cinayətinə haqq qazandırmağa çalışır.

İnsan övladı sonsuz kainatın, dərin okeanların sirriniə az da olsa vaqif ola bildi . Fəqət, insanın beyninin sirləri önündə acizdir.


Tərifə Şükürqızı

728×90
Paylaş: