Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Mədəniyyətlərarası Körpü: Beynəlxalq Avropa Dilləri Gününün Fəlsəfəsi

26 Sentyabr 2026, 08:30 Dünya
728×90

Hər il sentyabrın 26-da qeyd olunan Avropa Dilləri Günü (European Day of Languages), qitədəki zəngin linvistik müxtəlifliyi qorumaq və insanları yeni dillər öyrənməyə həvəsləndirmək məqsədi daşıyan mühüm beynəlxalq təşəbbüsdür.

Faktum.az xəbər verir ki, bu əlamətdar gün ilk dəfə 2001-ci ildə Avropa Şurası və Avropa İttifaqının birgə təşkilatçılığı ilə “Avropa Dilləri İli” çərçivəsində təsis olunmuş və göstərilən böyük maraqdan sonra hər il ənənəvi olaraq keçirilməsi qərara alınmışdır.

Dünyada təxminən 7 minə yaxın dilin varlığı məlum olsa da, yalnız Avropa qitəsində 225-dən çox yerli dil və ləhcə mövcuddur. Təşkilatçıların əsas mesajı odur ki, dil öyrənmək yalnız peşəkar imkanları və təhsili genişləndirmək üçün vasitə deyil, həm də fərqli mədəniyyətləri anlamaq, stereotipləri qırmaq və xalqlar arasında sülh şəraitində birgəyaşayışı təmin etmək üçün ən effektiv açardır. Bu gün çərçivəsində hər il Avropanın onlarla ölkəsində dil festivalları, dilçilik konfransları, interaktiv dərs nümunələri və polyqlotların təcrübə mübadilələri təşkil edilir. Avropa Şurası bu təşəbbüslə fərdlərin neçə yaşında olmasından asılı olmayaraq həyat boyu dil öyrənmə mühitində qalmasının vacibliyini aşılayır.

728×90
Paylaş: