Haqqımızda Reklam Əlaqə
160×600
160×600

”Lənətlənmiş” almazlar: Sülalələri məhv edən və imperiyaları yıxan məşhur daşlar

10 Avqust 2026, 17:00 Özəl
728×90

Faktum.az xəbər verir ki, əsrlər boyu parlaqlığı, nadirliyi və dəyəri ilə insanlığı valeh edən qiymətli daşlar yalnız zənginliyin deyil, həm də qanlı münaqişələrin, saray çevrilişlərinin və müəmmalı ölümlərin simvolu olub. Bəşər tarixində elə almazlar var ki, onların sahiblərinə gətirdiyi fəlakətlər sadəcə təsadüf sayıla bilməz. İnsanlarda qorxu və heyrət yaradan bu daşlar ədəbiyyatda və tarixdə “lənətlənmiş almazlar” kimi tanınır.

Bu sirli daşların başında məşhur “Houp” (Hope) almazı gəlir. Əfsanəyə görə, XVII əsrdə Hindistandakı bir məbəddən, ilahə Sita heykelinin gözündən oğurlanan bu nadir tünd-mavi almaz Avropaya gətirildiyi andan etibarən sahiblərinə dəhşətli talelər yaşadıb. Daşı Fransaya gətirən Jan-Batist Tavernye tərəfindən Fransa kralı XIV Lüdovikə satıldıqdan sonra, royal ailənin başına fəlakətlər yağmağa başladı. XVI Lüdovik və kraliçası Mariya Antuanetta bu daşa sahib olduqdan bir neçə il sonra Fransa İnqilabı zamanı giyotində edam edildilər. Daşın növbəti sahibləri də ya delilik, ya intihar, ya da qəfil qətllərlə həyatlarını başa vurdular.

Başqa bir tarixi nümunə isə Hindistan mənşəli “Kohi-Nur” (Nur Dağı) almazıdır. Şərq hökmdarlarının, monqol xanlarının, nadir şahların və pəncab racələrinin əlindən keçən bu nəhəng daşın üzərində qədim bir hind qarğışı var idi: “Bu daşa sahib olan kişi dünyaya hökm edəcək, lakin onun bütün bəlalarını da çəkəcək”. Həqiqətən də, daşa sahib olan kişilərin demək olarki, hamısı xəyanətə uğrayaraq taxtdan salınmış və ya qətlə yetirilmişdir. Nəhayət, daş Böyük Britaniya imperiyasının əlinə keçdikdə, qarğışdan qorunmaq üçün qərara alındı ki, “Kohi-Nur”u yalnız kraliçalar və ya kralın həyat yoldaşları taxmalıdır.

Mütəxəssislər və tarixçilər bu lənətlərin çoxunu psixoloji gərginlik, insan tamahkarlığı və qiymətli daşların ətrafında yaranan siyasi sui-qəsdlərlə izah edirlər. Çünki belə misilsiz xəzinələr hər zaman xainlərin, oğruların və taxt hərislərinin diqqət mərkəzində olub. Səbəbin mistik və ya elmi olmasından asılı olmayaraq, bir həqiqət dəyişmir: Bu daşlar sahib olduqları insanlardan daha uzun yaşayır və arxalarında qanlı izlər buraxmağa davam edir.

728×90
Paylaş: