Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Kəşfi öz millətinin qətlinə xidmət etdi

25 Sentyabr 2026, 09:45 Dünya
728×90

Kənd təsərrüfatında məhsuldarlığın artırılması üçün istifadə olunan azot gübrəsi, yəqin ki, hamınıza tanışdır.
Havada kifayət qədər azot qazı mövcuddur. Lakin bu qazlar torpağa təsir edə bilmir.

Alman kimyaçı-alim Fris Haber havada olan azotu, hidrogenlə birləsdirərək , amonyak yaratmağı bacardı. Fris Haberin uğurlu kəşfi nəticəsində kənd təsərrüfatında güclü məhsuldarlıq əldə edildi.

Kimyaçı alimin uğuru, onu mütərəqqi düşüncələrdən mürtəce istiqamətə köklədi.  I Dünya müharibəsi zamanı Fris ixtirasını müharibəyə tətbiq etdi.  İlk dəfə olaraq müharibədə kimyəvi silah kimi, xlor qazı tətbiq olundu.  Məhz bu səbəblə ona “kimyəvi müharibənin atası”, adlandırdılar.

1933-cü ildə Almaniyada hakimiyyət başına gələn nasistlər, Fris  Haberin yəhudi milliyəti səbəbilə sahib olduğu hər nəyi var idisə, əlindən aldı. O İsveçrəyə qaçaraq, canını qurtarsa da, 1934-cu ildə orada vəfat etdi.

Fris Haber icadını ölüm makinasına döndərən zaman, özü kimi kimyaçı olan həyat yoldaşı Clara İmmervarh ona qarşı gəldi. Və, 2 may 1915-ci ildə evində silahla vuruldu. Faciyəyə intihar donu geyindirilsə də, həqiqət başqa şeylər söyləyirdi.

Frisin yaratdığı kimyəvi silah, nəhayət öz millətinin faciəsinə döndü. Faşist Almaniyasının yəhudilərə qarşı yönəlmiş soyqırım siyasətində, qaz kameralarında kütləvi şəkildə öldürülən yəhudilər Fritş Haberin Siklon B (ZiklonB) zəhərli qazı ilə boğuldu.

Frisin  ixtirası ilə sonsuz insanı aclıqdan qurtara biləcək bir kəşfə sahib olduğu halda, dünyanı ölümə aparacaq dəhşətli qatilə döndü.


Tərifə Şükürqızı

728×90
Paylaş: