Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu

28 Avqust 2026, 10:15 Kriminal
728×90

Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı Niyaz Mirzəyev saxlanılıb.

Onun yaşadığı ünvandan xüsusi olaraq qulluq edərək yetişdirdiyi narkotik tərkibli bitkilər və narkotik vasitələr aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, N.Mirzəyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

728×90
Paylaş: