Göy üzü hansı bürcə uğur, hansına təmkin vəd edir?

Faktum.az 13 iyul tarixinə olan ən dəqiq və maraqlı günlük bürc proqnozunu təqdim edir: Göy üzündə planetlərin bu günkü düzülüşü bəzi bürclərə maliyyə sürprizləri hazırladığı halda, digərlərinə emosional balans şərt qoyur.
Qoç: Günün ilk yarısı layihələr üçün mükəmməldir, amma bədxərclikdən mütləq qaçın. Axşamı ailənizə həsr edin.
Buğa: İş barədə çox düşünüb özünüzü yormayın, enerjinizi və təmkininizi ətrafdakı acıdil insanlara qarşı qoruyun.
Əkizler: Biznesdə hər deyilənə inanmayın. Sərvaxt olsanız, günün ikinci yarısında büdcənizdə artım görə bilərsiniz.
Xərçəng: Süstlük hissini kənara qoyun. Tapşırıqları vaxtında bitirin, çünki bu gün gözlənilməz və sərfəli təkliflər qapınızı döyə bilər.
Şir: Cazibəniz sayəsində hər kəsi heyran edəcəksiniz. Lakin başqalarının adınızdan və xoş niyyətinizdən istifadə etməsinə icazə verməyin.
Qız: Hadisələr bu gün bir az ləng gedə bilər, səbirli olun. Sağlamlığınıza mütləq diqqət yetirin və riskli işlərdən uzaq durun.
Tərəzi: Ehtiyatlı davranın, sonradan peşman olacağınız addımlar atmayın. İşdə yaranan fikir ayrılıqlarında təmkinli olmaq qazandıracaq.
Əqrəb: Olduqca məhsuldar gündür. Köhnə inciklikləri bitirmək və işgüzar görüşləri reallaşdırmaq üçün təşəbbüsü əlində saxlayın.
Oxatan: Günorta saatlarına qədər vacib qərarlar verməyin. Bədxah insanlarla qarşılaşma ehtimalınız var, sakitliyinizi qoruyun.
Oğlaq: Xırda şeylərə görə tez əsəbiləşə bilərsiniz, emosiyalarınıza nəzarət edin. Şübhəli şəxslərin etibarınızı qazanmasına yol verməyin.
Sutökən: Həsrətində olduğunuz insanlarla maraqlı və gözlənilməz görüşlər baş tuta bilər. Yeni işlər üçün uğurlu saatlar yaxınlaşır.
Balıqlar: Daxili səsinizə və intuisiyanıza güvənin. Maddi məsələlərdə qərarlı olsanız, əməyinizin bəhrəsini qısa zamanda görəcəksiniz.
