Gənclər niyə daha az kitab oxuyur?

Son illər gənclərdə kitab oxuma vərdişi azalıb. Texnologiyanın sürətli inkişafı, sosial şəbəkələrin geniş yayılması və vaxtın əsasən rəqəmsal platformalarda keçirilməsi kitab oxumağın azalmasına gətirib çıxarır.
Müntəzəm kitab oxumaq insanın söz ehtiyatını artırır, analitik düşünmə qabiliyyətini inkişaf etdirir, dünyagörüşünü genişləndirir. Lakin gənclər kitab oxumaq yerinə telefonda oyun oynamağa, müxtəlif videolara baxmağa maraq göstərirlər. Mən belə hesab edirəm ki, 5- ci sinifdən başlayaraq ədəbiyyat dərslərində keçirilən əsərləri kitabın özündən oxumaq , əlavə olaraq həmin əsər haqqında şagirdlərin inşa yazmaq, öz fikirlərini bildirmək vərdişlərini formalaşdırmaq və inkişaf etdirmək lazımdır. Müəyyən əsərlər haqqında diskusiya keçirmək, dəyirmi masa təşkil eləmək şagirdlərin maraq dairəsini genişləndirə bilər.
Hüsniyyə Hüquq qızı
