Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Gələcəyin qorxulu ssenarisi: Saniyələrin illərə çevrildiyi virtual həbsxanalar

24 İyul 2026, 12:30 Özəl
728×90

Faktum.az xəbər verir ki, elmi-fantastik konseptlərdən real elmi müzakirələrə adlayan Metaverse həbsxanaları iddiaları, gələcəkdə cinayətkarların fiziki binalarda deyil, insan beyninə birbaşa təsir edən simulyasiyalarda cəza çəkməsi modelini gündəmə gətirib.

Mütəxəssislərin və futuroloqların irəli sürdüyü bu ssenariyə əsasən, neyrotexnologiyalar və süni intellekt vasitəsilə məhkumların şüuruna müdaxilə edilərək zaman qavrayışı dəyişdirilə bilər. Bu texnologiya sayəsində real dünyada cəmi bir neçə dəqiqə və ya saat ərzində cinayətkarın beynində onlarca illik həbsxana həyatı, təcrid və psixoloji cəza simulyasiya edilir.

Aknik Biyomedikal laboratoriyalarının və Oksford universitetinin bəzi tədqiqatçılarının nəzəriyyələrinə söykənən bu konsepsiya, dövlətlər üçün fiziki həbsxanaların saxlanma xərclərini sıfıra endirmək və cinayətkarları anında islah etmək imkanı kimi təqdim olunur. Lakin hüquq müdafiəçiləri və etik mütəxəssislər xəbərdarlıq edirlər ki, insan beynində yaradılan bu fiziki olmayan “virtual cəhənnəm” şüurun bərpa olunmaz dərəcədə pozulmasına, ağır travmalara və insan hüquqlarının dəhşətli şəkildə tapdalanmasına yol aça bilər.

728×90
Paylaş: