Ermənilərin oğurladıqları tarix: Xudavəng monastrından aparılan sərvətlər.

Ermənilərin əsrlər boyu bizim tarixi və mədəni sərvətlərimizə, torpaqlarımıza göz dikdikləri hamıya məlumdur. Hətta xalq mahnılarımızı, musiqilərimizi belə öz adlarına çıxaraq, ernəni mahnıları kimi təqdim ediblər və hələ də etməkdədirlər.
44 günlük Vətən müharibəsindən sonra 2020-ci ildə Kəlbəcər rayonu Azərbaycana təhvil verilməzdən əvvəl Kəlbəcər rayonundakı Xudavəng monastrında məskunlaşmış erməni rahibləri bir çox qiymətli nümunələri mənimsədilər.
XIII əsrə aid freskaları, qədim xaçkarları (xaç daşları), kilsə zənglərini, qədim əlyazmaları və müqəddəs ayin əşyalarını sökərək Ermənistana apardılar. Bu proses hətta o dövrdə bir sıra beynəlxalq media vasitələrində də öz əksini tapdı.
Sonralar bu sərvətləri xaricdə sərgilərdə “Ermənistanın sənət əsərləri” kimi nümayiş etdirmələri ortaya çıxdı.
Azərbaycan Respublikası bu faktları sənədləşdirərək bir neçə beynəlxalq təşkilata, o cümlədən, beynəlxalq polis təşkilatı olan İnterpola müraciət etdi.
Xudavəng monastırından qanunsuz olaraq aparılmış freska və digər mədəni sərvətlər barədə məlumatlar 2025-ci ilin oktyabrında İnterpolun “Oğurlanmış incəsənət əsərləri” bazasına daxil edildi.
Əşyaların bu beynəlxalq bazaya salınması o deməkdir ki, onlar İnterpola üzv olan hər hansı bir ölkənin ərazisində (məsələn, xaricdəki hərraclarda, sərgilərdə və ya özəl kolleksiyalarda) aşkarlanacağı təqdirdə, həmin dövlətin hüquq-mühafizə orqanları tərəfindən müsadirə olunaraq Azərbaycana qaytarılacaq.
Xudavəng monastırı Qafqaz Albaniyasına aid ən iri və əhəmiyyətli dini komplekslərdən biridir. Ermənistanın bu irsi yalnız fiziki olaraq daşıması deyil, eyni zamanda onu “erməni monastırı” kimi təqdim edərək mənimsəmə cəhdləri də beynəlxalq müstəvidə təkzib olunur.
Hələ ki, araşdırmalar davam edir.
Elə ernənilərin acgözlüyü də….

Şəhla İlkay
