Ermənilər Azərbaycan musiqisini necə mənimsəyir? – “Sarı gəlin”dən “Balaban”a…

Ermənilərin Azərbaycanın zəngin musiqi irsini, folklornu və milli alətlərini özününküləşdirmək cəhdləri uzun illərdir davam edir. Qafqazda əsrlər boyu yanaşı yaşaayan iki xalq üçün mədəni mübadilə zəmin yaratsa da, bir çox hallarda bu proses ermənilər tərəfindən birbaşa mədəni mənimsəmə şəklini alıb.
Azərbaycanın qədim köklərə malik rəqs və xalq mahnıları erməni ifaçıları və bəstəkarları tərəfindən tez-tez erməni dilinə tərcümə olunaraq və ya sözləri dəyişdirilərək “milli erməni musiqisi” kimi təqdim edilir.
“Sarı gəlin” kimi Azərbaycan xalqına məxsus ecazkar təsnif və rəqs melodiyası erməni musiqiçilərinin mənimsəməyə çalışdıqları ən bariz nümunələrdəndir. Etimoloji və musiqişünaslıq təhlilləri bu əsərin köklərinin doğrudan da Azərbaycan türk mühitinə aid olduğunu sübut edir.
“Uzundərə”, “Tərəkəmə”, “Yallı”, “Ceyranı” kimi məşhur Azərbaycan rəqs havalarını müxtəlif dövrlərdə erməni ansamblları öz adlarına çıxaraq beynəlxalq tədbirlərdə ifa ediblər.
Azərbaycanın milli musiqi alətləri — tar, kamança, balaban və nağara da oxşar taleyi yaşayıb.
Azərbaycanın nəfəs aləti olan balaban və tütək ermənilər tərəfindən “duduk” adı ilə brendləşdirilərək dünya miqyasında sırf erməni aləti kimi tanıdılmağa çalışılmışdı.
Tar və kamança kimi mürəkkəb simli alətlərimiz də tez-tez özgəninkiləşdirilməyə məruz qalır.
Aşıq sənəti türk dünyasının ən qədim şifahi musiqi irslərindən biridir. XVIII–XIX əsrlərdə İrəvan xanlığı və Qarabağ bölgəsində yaşayan bir çox erməni aşığı (məsələn, Sayat Nova) məhz Azərbaycan türkçəsində şeirlər yazmış və Azərbaycan aşıq havaları üstündə oxumuşdu.
Lakin sonrakı dövrlərdə bu aşıq irsi və muğam dəstgahlarının melodiyaları erməni musiqiçiləri tərəfindən transformasiya edilərək erməni mədəniyyətinin nümunəsi kimi qələmə verilmişdir.
Bu cür mənimsəmə cəhdlərinin qarşısını almaq üçün Azərbaycan dövləti və mədəniyyət xadimləri ardıcıl addımlar atır.
Azərbaycanın təşəbbüsü ilə Muğam (2008), Aşıq sənəti (2009), Tar ifaçılıq sənəti (2012) və Yallı rəqsi (2018) YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə təmsili siyahısına daxil edilib.
Musiqi irsimizin mənimsənilməsi cəhdləri Azərbaycan mədəniyyətinin dolayısı ilə nə qədər zəngin və cəlbedici olduğunu sübut edir. Bu irsi qorumaq, elmi əsaslarla tədqiq etmək və beynəlxalq aləmdə düzgün təbliğ etmək hər birimizin mənəvi borcudur.
Ermənilər isə yəqin ki, əsrlər boyu torpaqlarımızı, sərvətlərimizi oğurladıqları kimi musiqimizi də oğurlamağa davam edəcəklər.

Şəhla İlkay
