Emosional tikanlar: “Pasiv-aqressiv davranışları necə tanımaq olar?”

Faktum.az xəbər verir ki, psixoloji araşdırmalara görə, cəmiyyətdə narazılığını açıq deməyib sükutla, kinayəli zarafatlarla və ya işləri qəsdən ləngitməklə büruzə verən şəxslərin sayı 50%-dən çoxdur. Bu cür gizli narazılıq forması psixologiyada pasiv-aqressiv davranış adlanır.
Pasiv-aqressiv insanlar birbaşa “xeyr” demək əvəzinə qarşı tərəfdə günahkarlıq hissi yaratmağa çalışırlar. Bu davranışı tanımaq və sərhəd qoymaq emosional manipulyasiyanın qarşısını almaq üçün ən təsirli yoldur.
