Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Dünyanın ilk unversiteti

22 Oktyabr 2026, 12:00 Dünya
728×90

Əl-Qarauiyyin mədrəsəsini kim təsis edib?

​Faktum.az xəbər verir ki, YUNESKO və Ginnesin Rekordlar Kitabına əsasən, dünyada fəaliyyətini fasiləsiz davam etdirən ən qədim ali təhsil müəssisəsi 859-cu ildə Mərakeşin Fəs şəhərində əsası qoyulan Əl-Qarauiyyin universitetidir. Zəngin və varlı bir ailədən olan Fatimə əl-Fihri adlı müsəlman qadın tərəfindən təsis edilən bu mədrəsə zamanla İslam dünyasının və Avropanın ən mühüm elmi mərkəzinə çevrilib.

​Orta əsrlərdə təkcə dini elmlər deyil, həm də riyaziyyat, astronomiya, tibb və xarici dillərin tədris olunduğu bu təhsil ocağı Avropada intibah dövrünün başlamasına da böyük təkan verib. Hətta məşhur alimlər və din xadimləri, o cümlədən Roma Papası II Silvestr ərəb rəqəmlərini və sıfır anlayışını Avropaya aparmazdan əvvəl məhz bu universitetdə təhsil alıb.

728×90
Paylaş: