Dünya şöhrətli Lakoste markasının tarixi

Rene Lakoste Fransanı dünyada qürurlandıran peşəkar tenisçi idi.
Çevik və əzimkar oyun bacarığı sayəsində, 1920-ci illərdə Amerikada keçirdiyi oyunlar zamanı, amerikalılar ona “Timsah” ləğəbi verdi.
1927-ci ildə, Lakostenin yaxın dostu, Robert George sadəcə zarafat olsun deyə, timsah şəkli çəkir. Şəkil tenisçinin o qədər xoşuna gedir ki, onu paltarının üzərinə tikdirir və bu dünyada ilk marka emblemi oldu.
O dövr tenisçilərin geydiyi idman paltarı uzun qol, çox narahat idi. Rene Lakosta idmançıların rahat hərəkət etməsi üçün, qısa qollu, təri rahat şəkildə çəkə bilən pambıq parçadan köynək, polo hazırladı. Hazırladığı yeni tərzin üzərinə kiçik timsah şəklini həkk etdirdi.
O dövr Lakostenın səhətində ciddi problem yarandı. Həkimlər vərəm diaqnozunu qoydu və idman karyerasının sonu oldu.
Rene Lakosta bacarığını moda sahəsinə yönəldərək 1933-cü ildə rəsmi olaraq eyni adlı “Lakoste” brendini yaratdı.
Bu gün dünya bazarında şöhrətini qoruyan Lakoste brendi və üzərindəki timsah loqosu zamanında kiçik bir yumor və geyimin kəsimi, idmançının rahatlığı üçün düşünülmüş addım idi. Hal-hazırda isə, Lakoste brendi 120 ölkədə öncəliyini qoruyub saxlayır.

Tərifə Şükürqızı
