”Darvaza krateri” və ya “Cəhənnəm qapısı”

Türkmənistan səhrasında 55 ildən bu günə qədər heç sönmədən yanan Darvaza krateri, təbiətin insandan aldığı acı qidasıdır.
1971-ci ildə sovet mühəndisləri, yeni neft yataqları kəşf etmək üçün, qazıntılara başladılar. Qazıntılar yer altında mövcud olan mağaranın tavanını deşdi. Açılan nəhəng mağara düşərgəni, qurulan nəhəng qüllələri içinə çəkdi. Ardından ətrafa metan qazı yayılmağa başladı. Qaz o qədər güclü idi ki, ətrafda olan canlılar yox oldu. Mühəndislər qazın yayılmasının qarşısını almaq üçün, yandırmağı qərara aldılar.
Hesablamalarına görə bir iki həftə içərisində qaz tamamilə yanıb tükənməli idi. Lakin hesablamalar təbiətin riyaziyyatı ilə uyğun gəlmədi.
1971-ci ildə bir qor ilə alışan qaz, yarım əsrdən artıqdır yanır. Uzun illər yanğını dayandırmaq üçün göstərilən bütün səylər boşa çıxdı. Cəhənnəm qapısı adlanan bu yerdə, 1000 dərəcə istilik var. Uğultusu isə, çox-çox uzaqdan eşidilir. İnsanların doymaz nəfsi, təbiətin qanunlarına qarşı gəlməyə çalışdı. Təbiət isə, insanın ağlına gəlməyən və önündə aciz qaldığı gücü ilə qarşılıq verdi.
İnsan öz əli ilə “Cəhənnəm qapısı açdı”.

Tərifə Şükürqızı
