Haqqımızda Reklam Əlaqə
REKLAM160×600
REKLAM160×600

Çay içmə tərzi 100 illik müharibəyə səbəb oldu

13 İyul 2026, 13:00 Cəmiyyət
REKLAM728×90

Hər bir xalq özünə məxsus adətləri ilə tanınır. Bəlkə də bizlər üçün qəribə görünən qaydalar, başqa millətlər üçün protokol qaydası olaraq qəbul edilir.

Uşaq yaşlarımızdan süfrə başında nəzakətlə, səssiz, ağzı marçıldatmadan, tələsmədən yemək qaydaları ilə tərbiyyə olunuruq. Çində isə bunun tam əksi.

İllər öncə rus jurnallarının birində maraqlı bir yazıyla qarşılaşdım. Qədim Çin xaqanlarından birinin elçisinin şərəfinə çay dəstgahı hazırlanır. ( Bu ayın günümüzdə də böyük şərəf hesab edilir).

Mərasim zamanı qonaq çayı  hörtüldətmədən  içir. Elçinin bu hərəkəti qarşı tərəfin böyük qəzəbinə səbəb olur.
Adətə görə çay içilən zaman uzun-uzadı xortultu ilə içmək, çayı bəyənmək anlamına gəlirmiş. Sakit içilən çay isə tam əksi. Məhz bu hərəkət iki xaqanlıq arasında yüz illik müharibəyə səbəb olub.

Bunun nə qədər doğru olub-olmadığını söyləyə bilərik.  Müasir dövrümüzdə qarşılaşdığım bir neçə Çin xalqının nümayəndələrinin, səsli yemək yeməkdən zövq aldıqlarına isə şahid oldum.

Tərifə Şükürqızı

REKLAM728×90
Paylaş: