Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Bürclər bu gün nə vəd edir?

03 Sentyabr 2026, 09:15 Cəmiyyət
728×90

Faktum.az xəbər verir ki, sentyabr ayının ilk günlərində ulduzların düzülüşü bürclər üçün işgüzar aktivlik, maliyyə fürsətləri və münasibətlərdə diqqətli olmağı tövsiyə edir:

Qoç — Payızın ilk günlərinin təəssüratlarını bir kənara qoyub diqqəti qarşıda duran vacib vəzifələrə yönəltmək lazımdır. Gün ərzində oturaq işlərdən uzaq durmaq və dinamik fəaliyyət göstərmək məsləhətdir.

Buğa — Təqvim işgüzarlığınızın yüksələcəyi bir günə işarə edir. İş prinsipinizə gətirəcəyiniz yeniliklər və göstərəcəyiniz təşəbbüs maliyyə gəlirlərinizi artırmağa şərait yaradacaq.

Əkizlər — Ünsiyyət və xəbərlərlə zəngin gündür. İşlə bağlı məsuliyyətləriniz artsa da, düzgün vaxt bölgüsü ilə yorğunluğun öhdəsindən gələ biləcəksiniz.

Xərçəng — Günün ilk yarısında iş yerində və ya həmkarlarla münasibətlərdə müəyyən gərginliklər ola bilər. Günorta saatlarından sonra isə daha müsbət və rahat əhval-ruhiyyə bərqərar olacaq.

Şir — Ətrafdakılarla aranızda olan xırda anlaşılmazlıqları bir kənara qoyub fəaliyyətə fokuslanmalısınız. Mübahisələr vaxt itkisinə səbəb ola bilər. Uzaq səfərləri təxirə salmaq tövsiyə olunur.

Qız — Günəşin bürcünüzdə olması xoş ovqatı qoruyub saxlayır. Günorta saatları yeni iş razılaşmaları və sövdələşmələr üçün oldukça əlverişli vaxtdır.

Tərəzi — Fəaliyyətinizdə müəyyən passivlik hiss oluna bilər, buna görə də imkanlarınızdan artıq yük götürməyin. Günün ikinci yarısını yaxınlarınıza zaman ayırmağa həsr edin.

Əqrəb — Təkbaşına riskli addımlar atmaqdan çəkinin, təcrübəli insanların məsləhətlərinə qulaq asın. Günün ikinci yarısında diqqəti cəlb edəcək maraqlı hadisələr gözlənilir.

Oxatan — Karyerada yüksəliş ərəfəsindəsiniz. Vaxtınızı səmərəsiz söhbətlərə xərcləmək yerinə, etibarlı və mötəbər şəxslərlə yeni əməkdaşlıq imkanlarını dəyərləndirin.

Oğlaq — Daxili narahatlıqlar tədricən geridə qalır. Yaşayacağınız bəzi hadisələr əhvalınızı qaldıracaq. Ağıllı insanların tövsiyələrinə diqqət yetirmək faydalı olacaq.

Dolça — İş və peşəkar fəaliyyət baxımından uğurlu gündür. Böyük dəyişikliklər astanasındasınız, lakin şəxsi münasibətlərdə təmkinli olmaq vacibdir.

Balıqlar — Qarşınıza çıxan fürsətlərdən maksimum istifadə etməyə çalışın. Şəxsi planlarınızı və sirlərinizi hər kəslə bölüşməməyə diqqət yetirin.

728×90
Paylaş: