Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Bu kəndə kişilərin daxil olması qəti qadağandır

01 Oktyabr 2026, 13:00 Dünya
728×90

Bəli, qulağa qəribə gəldiyinin fərqindəyik.

İndi isə, sizləri, o kəndlə tanış edək!

Kenyanın, Samburi rayonundakı Umoje kəndi, 1990-cı ildə, təcavüzə uğrayan, uşaq yaşında evlənməyə məcbur edilən, ailə daxili fiziki zorakılığa məruz qalan qadınlar tərəfindən yaradılıb.  Kəndin dəyişməyən, qəti qanunları var. Dünyanın harasından olursa-olsun gəlmiş heç bir kişi, kəndin ərazisinə buraxılmır.

Uşaq dünyaya gətirmək istəyən qadın, kəndin ərazisindən kənarda, seçdiyi kişi ilə münasibət yaşayır. Doğulan uşaq oğlan olursa, yetkinlik yaşına çatana qədər  ananın yanında qalmasına icazə verilir. Yetkinlik yaşına çatmış oğlan uşağı, kənddən çıxarılır.

Kəndin qadınları  maddi gəlir yeri olaraq  Samburi qadınlarına məxsus  bəzək əşyaları hazırlayıb  satışa çıxarırlar. Oradan gələn gəlirlə  gündəlik zəruri ehtiyaclarını ödəyirlər. Digər bir tərəfdən isə kəndi ziyarətə gələn turist qadınlar və Safari turları sayəsində gəlir əldə edilir. Bu gəlirlər  uşaqların təhsilinə və tibbi xərclərə sərf olunur.

Kəndin idarəçiliyi  həftədə bir dəfə keçirilən məclis toplantısında  bərabər səsvermə qaydası ilə  həyata keçirilir.

Görünən mənzərə onu ortaya qoyur ki, qadınların haqlarına hörmətlə yanaşılmadıqda əks cinsə qarşı nifrət başlayır.
Nəticədə Umoje kəndi kimi  ədalətli qadın “imperatorluğu” yaranır.


Tərifə Şükürqızı

728×90
Paylaş: