”Bəstəkar” pişik Nora

“CATcetro” (pişik konserti) adlı əsər, Nora adlı pişiyin, pianinoda impravizasiyası üzərində formalaşdı.
Noranın “musiqisi” əsasında Litva bəstəkarı və dirijoru Mindaugas Piecaltis 2009-cu ildə “CATcetro” əsərini bəstələdi.
Nora, pəncələrini toxunduraraq çıxardığı kiçik musiqi parçasının səs qeydi və videogörüntüsü kamera orkestirinin ifası ilə birləşib, simfonik musiqi yarandı.
“CATcetro” pişik üçün bəstələnmiş ilk musiqisi nömrəsi olaraq, Ginnesin rekordlar kitabına düşdü.
Sonda mövzudan kənara çıxaraq, subyekti fikir bəyan etmək istərdim ki, Nora bizim Şou biznesin bir çox nümayəndələrinə bəstəkarlıq dərsi keçsəydi, Ginnesin rekordlar kitabına gərək yox, efirlərimizə alababat bir musiqi çıxmış olardı.

Tərifə Şükürqızı
