Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Bələdiyyə vergisi nədir və JEK ödənişindən nə ilə fərqlənir? – Hüquqşünas açıqladı

23 Sentyabr 2026, 09:30 Cəmiyyət
728×90

Bələdiyyə vergisi ilə JEK haqqı eyni ödəniş deyil!

Bələdiyyə vergisi yerli büdcəyə ödənilən məcburi vergidir. Fiziki şəxslər əsasən:
sahib olduqları mənzil və digər tikililərə görə əmlak vergisi;
sahib olduqları və ya istifadə etdikləri torpaq sahəsinə görə torpaq vergisi ödəyirlər.

Bu vergi göstərilən xidmətə görə deyil, əmlaka və ya torpağa görə hesablanır. Yəni bələdiyyə ilə ayrıca müqavilə bağlanmasa da, qanunda nəzərdə tutulan hallarda vergi öhdəliyi yarana bilər.

JEK haqqı isə binanın saxlanılması, girişin və ümumi yerlərin təmizliyi, cari təmir və digər mənzil-kommunal xidmətlərə görə ödənilir. Bu, vergi deyil, xidmət haqqıdır. Ona görə JEK-in tələb etdiyi pul bələdiyyə vergisi adı ilə təqdim edilə bilməz. Eyni qaydada bələdiyyə də “zibil pulu”, “giriş pulu” və ya “JEK haqqı” adı ilə vergi tələb edə bilməz.

Sakin ödəniş tələb olunarkən soruşa bilər:
“Bu məbləğ bələdiyyə vergisidir, yoxsa xidmət haqqıdır?”

Verginin hesablanması aydın deyilsə, bələdiyyədən yazılı məlumat və hesablamanın əsasını tələb etmək mümkündür.

Hüquqşünas | Mediator Zaur Quliyev

728×90
Paylaş: