Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Bankların “caynağındakı” vətəndaş: İcra məmurları kimin maraqlarını qoruyur?

06 İyul 2026, 10:16 Sosial
728×90

Günümüzdə az insan olar ki, bankların kredit adlı kabuslarının qurbanı olmasın.
Banklar sanki bir-birləri ilə sanki yüksək faizlə vətəndaşın “belini sındırmaq” yarışına giriblər. Acınacaqlısı odur ki, bu yarışda icra şöbələrinin bəzi məmurları onlara canfəşanlıqla kömək edirlər.Hətta məhkəmə Qərarlarını hecə sayaraq.

Sizə bankların çarəsiz qurbanlarından biri olan Azad Eyvazovun başına gətirilən haqsızlıqlardan bəhs etmək istəyirik.

A. Eyvazov  “Bank Respublikanın”nın və “Bank of Baku”nun borclularındandır. Vətəndaş ilə banklar arasında yaranan mübahisə səbəbilə, borc məhkəmə qaydasında şəxsin 50 faizlə əmək haqqına yönəldilib. Bu minvalla vətəndaşın əmək haqqı yarı-yarıya Bank Respublikanın borcuna yönəldilir.
Qanunvericiliyə əsasən vətəndaşın bir bankla borcu bitmədən, digər banklar borcunu tələb edə bilməz . Lakin “Bank of Baku” məhkəmənin qərarını heçə sayaraq, icra məmurundan borcu ödətdirməyi tələb edir.

Yasamal rayon İcra şöbəsinin icra məmuru vəzifəli şəxs, hüquqşünas olmasına baxmayaraq, qanunvericiliyin tələblərini kobud şəkildə pozub, vətəndaşı məhkəmə qarşısına çıxarıb. Məhkəmə isə icra məmuru kimi  maraqlar üzərindən deyil, qanun üzərindən ədalətli Qərar çıxararaq, A.Eyvazovu məhkəmə zalından azad edib. Buna baxmayaraq “Bank of Baku” ilə icraçı vətəndaşı rahat yaşamağa qoymurlar.

Bank haqqında qanuna müvafiq olaraq, borclu borcunu ödəmədiyi təqdirdə bank 90 gün bitən kimi məhkəməyə müraciət etməlidir . Bankın borcludan yalnız 90 günün borcunu tələb etmə hüququ var. Lakin onlar qərəzli şəkildə illərlə məhkəməyə müraciət etməyi təxirə salıb, vətəndaşları borc girdabında boğurlar.

Vətəndaş A.Eyvazov da minlərlə, hətta milyonlarla qurbanlar kimi, icraçı ilə bankın “caynaqları arasında didişdirilir”.
Tək təsəllisi odur ki, məhkəmə icraçnın bank tərəfindən “qabardılan iştahasın”ı qanunla yatızdırır. Hətta banklara nəzarət edən Mərkəzi bank, “Bank of Baku”nun hərəkətlərinə bəraət qazandırır ki, vətəndaş nəyin bahasına olursa-olsun paralel olaraq bütün borclarını ödəməlidir. Belə olan halda isə vətəndaşın əmək haqqı tamamilə borclara getmiş olur. O zaman sual yaranır, bəs bu insanlar  bir qəpiksiz necə yaşasın? Ailəsini nə ilə saxlasın?

İnsan bu yerdə düşünməyə bilmir ki, məhkəmə qərarına hörmət etməyən icraçı, bank, vətəndaşa nələr etməz?

Tərifə Şükürqızı

728×90
Paylaş: