Baməzə insanlarla bir qədər gülək.

(Yaşanmış hadisə)
Azərbaycanın rayonlarının birində , keçmiş kişər arasına, keçmiş dostluqlardan var imiş. Dostlar illərin sınağından çıxaraq, bir-birilərinə ailə, uşaqlarını əmanət edirlərmiş. Dostlardan biri olduqca baməzə imiş.
Baməzə dost hansı bir səbəblə xeyli müddət el-obadan, dostlardan uzaq qalmalı olur.
Döndükdə iki dost görüşürlər. Dostu geri dönən dostuna deyir ki, “bacın, uşaqlar sənin üçün çox darıxıb. Evdə tapşıracam bacın sənin üçün sevdiyin yeməkləri hazırlasın. Sabah səni gözləyirik”.
Adam ertəsi gün dostunun evinə gedir. Gəldiyi zaman, dostu hər hansı bir səbəblə qısa müddətdə evdə olmur. Fürsəti itirməyən dost, dostunun xanımına: – “Bərk xəstələnmisəm, üşüyürəm. Evdə qalın nə varsa, ver bürünüm” deyir.
Qadın paltar-palaz gətirib adamın üzərinə tökür. Adam təkrar deyir ki, isinmədim, bayırdan uzunqulağın planını da gətir. Çarəsiz qalan qadın, adamın dediyini edir. Elə bu vaxt dostu gəlir. Adam palan altından dostuna:-” Deyirdin gəl bacın hörmət etsin. Mənə belə hörmət edir ki, uzunqulaq yerinə, belimə palan qoyur?” deyir.
Çox təəsüf ki, artıq nə elə dostlar, nə dostun evini namusu bilən köhnə kişilər qaldı .
Tərifə Şükürqızı
