Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Ayı onbaşı – Voytek

23 Sentyabr 2026, 12:00 Dünya
728×90

İkinci dünya müharibəsi zamanı – yəni  1942-ci ildə, İran çöllərində Polşa əsgərləri anasını itirmiş balaca ayı balası tapdılar. Ayını yanlarına alıb, böyütdülrər, Voytek adı verdilər.(Şən döyüşçü)

Ayı, əsgərlərə birlikdə, yemək yeyir, siqaret çəkir, içgi içirdi. Eyni zamanda, əsgərlərlə birgə hərbi tapşırıqları yerinə yetirir.

Müharibənin sürətlənməsi ilə bağlı, Polşa ordusu İtaliyaya göndərilir. Müttəfiq orduları, gəmiyə heyvan götürülməsi qadağan olduğunu söyləyərək, Voytekin, gəmiyə mindirilməsinə icazə vermir. Belə olduğu təqdirdə, Polşa qüvvələri Voytekə hərbi bilet verilib, əsgər kimi qeydə alır.

Beləliklə, Voytek 22-ci topçu qüvvələrinin əsgəri olur. 1944-cü ildə İtaliyada baş verən Monte Kassino müharibəsi zamanı Voytek, 100 kiloluq, ağır top mərmilərini, sursat sandıqlarını dağıtmadan daşıyır, ərzaqların daşınmasına kömək edir.

Voytekin xidmətlərindən ötrü, ona onbaşı rütbəsi verilir. Monte Kassino müharibəsindən sonra, 22-ci topçu birliyinin emblemi, mərmi daşıyan ayı olur.

Müharibədən sonra Şotlandiyada yerləşən Edinburq, heyvanxanasına verilir və orada yaşayır. Keçmiş döyüş yoldaşları ziyarətinə gəldikdə, əsgəri salam verir. 1963-cü ildə, 21 yaşında ölür.

Böyük Britaniya, Polşa dövləti, Voytekin xatirəsinə abidə ucaldıb.

Voytekin hekayəsi ilə tanış olduqdan sonra düşünməmək mümkün deyil ki, oğullarını müharibədən, ordudan qaçıran məmurlar, bir ayı qədər vicdan sahibi deyildilər.


Tərifə Şükürqızı

728×90
Paylaş: