Haqqımızda Reklam Əlaqə
160×600
160×600

”Ataları övlad dünyaya gətirir”

20 İyul 2026, 09:30 Özəl
728×90

Milyon illərdir təbiət pozulmaz bir ahənglə varlığını davam etdirir.

Var olan mikro canlılardan tutmuş, ali varlıq insan olmaqla, həyat erkək-disi ilə davam edir.
Pozulmaz nizam içində davam edən təbiətin tək bir qanununa, yalnız dişinin doğum qabiliyyətinə inandıq. Bizim bildiyimiz və pozulmaz sandığımız qanunu, kiçik dəniz canlısı olan, dəniz atı pozur.

Dənizlərin və okeanların dərinliklərində yaşayan bu canlı, nəsil artırma dövrü başlanan zaman, dişi yumurtalarını erkəyin qarnının altında olan kisəyə buraxır və bununla da analıq vəzifəsini bitirir.

Erkek dəniz atı yumurtaları böyüdüb, yetişdirir. Doğum zamanı gəldikdə, acı sancılarla saysız kiçik dəniz atları doğulur.

Ata dəniz atının çəkdiyi acılar o qədər şiddətli olur ki, doğuşdan sonra canlı yenidən yaşamını bərpa edə bilmir. Bəlkə də təbiətin nadir bioloji hadisədir hesab edilən bu proses, dişi orqanizmasının nə qədər dözümlü və mürəkkəb olduğunu sübut etmək üçün bir isbatıdır.  Elə buna görə də, bütün canlılar arasında ana Yaradandan sonra ikinci yaradıcı hesab edilir.

Tərifə Şükürqızı.

728×90
Paylaş: