Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Antik dövrün sonu: Qərbi Roma İmperiyasının çökməsi və Orta Əsrlərin başlanğıcı

04 Sentyabr 2026, 08:30 Dünya
728×90

Faktum.az xəbər verir ki, 476-cı il sentyabrın 4-də german əsilli muzdur sərkərdə Odoakr Qərbi Roma İmperiyasının sonuncu imperatoru olan yeniyetmə Romul Avqustulu (Romulus Augustulus) taxtdan salaraq İtaliyanın hakimiyyətini ələ keçirib.

Odoakr özünü Roma imperatoru elan etmək əvəzinə, imperiya regaliyalarını (tac və hakimiyyət rəmzlərini) Şərqi Roma (Bizans) imperatoru Zenona göndərərək özünü İtaliya kralı kimi tanıdıb. Bu hadisə formal olaraq Qərbi Roma İmperiyasının varlığına son qoyub. Təsadüfidir ki, Romanın əsasını qoyan ilk fərman sahibinin adı (Romul) və ilk imperatorun adı (Avqust) sonuncu imperatorun adında birləşmişdi.

Dünya tarixşünaslığında 476-cı il Antik dövrün və Qədim Dünya tarixinin yekunlaşması, Avropada feodalizm münasibətlərinin bərqərar olduğu Orta Əsrlər dövrünün başlanğıc nöqtəsi kimi qəbul edilir.

728×90
Paylaş: