ABŞ-nin doymaz nəfsinin günahsız qurbanları

1984-cu ilin 2-dən 3-ə keçən gecə Hindistanın Bhopal şəhərinin yarım milyonluq əhalisi dərin yuxuda idi.
Şəhərin üzərini ağ duman bürüdü.
Bu bir təbiət hadisəsi deyildi. Amerikanın böcək və həşəratlar üçün zəhərli dərmanlar istehsal edən Union Carbide fabrikinin çənindən havaya yüksələn son dərəcə zəhərli metil isosianat(MiQ) qazı idi.
Çənə sızan su ilə reaksiyaya girən 40 tonluq metil isosianat qazı, partlayaraq ətrafa yayıldı. Nə ilə qarşılaşdıqlarını bilməyən Bhopal əhalisi, kortəbii şəkildə qaçaraq, xilas olmağa çalışırdı. Buna baxmayaraq, minlərcə insan, on minlərcə canlı elə hadisə yerində zəhərlənərək öldü. Qaçmağa çalışanlar isə zəhərli qazlar daha çox tənəffüs etdikləri üçün, sağ qalmaq şanslarını itirdilər.
Beləliklə hadisə baş verən an və sonradan zəhərlənmə ilə birlikdə, 18.000 ilə 20.000 min arasında insan məhv oldu.
180.000 min insan ömürlük şikəst qaldı. Bütövlükdə isə 550.000 insanın bu və ya başqa şəkildə zərər çəkdiyi qeydə alındı. Torpaq, su tamamilə yararsız hala düşdü.
Sonradan mütəxəssislər Çernobil faciəsinin fəsadlarını Bhopal faciəsindən daha yüngül olduğunu bildirirdilər.
Hadisənin baş verməsinə səbəb nə idi?
Union Carbide fabrikinin sahibi daha çox gəlir əldə etmək üçün, təhlükəsizlik tədbirlərinin azaldılmasını uygun gördü. Hətta, fövqəladə hallar zamanı vacib olan zəruri tədbirlər belə yox idi.
Hadisə ilə bağlı bir neçə ildən sonra başlanan məhkəmə prosesləri şirkət üzərinə cəmi 470 milyon təzminat qoydu.
Təzminatı alan Hindistan dövləti isə, onu zərərçəkmiş vətəndaşları arasında ədalətlə paylamadı. Ölənlər üçün heç bir vəsait ödənilmədi. Zərər çəkib yaşayanlara isə, cəmi 500 dollar vəsait ödənildi.
Sonradan şirkəti satın alan Daw Chemikal Companu qəza ilə bağlı zərərçəkənlərə əlaqə qurmağı rədd etdi.
Hal-hazırda yarım milyon insanı həyatdan qoparan, şikəst edən, dünya işığını əllərindən alan şirkət, heç nə olmamış kimi yenə də Bhopalda işini davam etdirir.

Tərifə Şükürqızı
