Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Azərbaycan Kubokunda 1/8 finalın bütün iştirakçıları və cütlükləri bəlli oldu

29 Oktyabr 2026, 17:50 İdman
728×90

Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə 2 oyunla yekun vurulub.

Faktum.az  xəbər verir ki, günün ilk matçında I Liqa təmsilçiləri “Xankəndi” və “Gəncəbasar” komandaları üz-üzə gəliblər. Gəncə klubu əlavə vaxtda rəqibini 3:2 hesabı ilə üstələyərək 1/8 finala vəsiqə qazanıb.

Digər görüşdə isə I Liqada mübarizə aparan “Karvan-Yevlax” II Liqa təmsilçisi “Zəngəzur”u 4:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib. Bununla da 1/8 finalın bütün iştirakçıları və cütlükləri bəlli olub.

1/8 final

“Gəncəbasar” – “Şamaxı”

“Karvan Yevlax” – “Zirə”

“Araz-Naxçıvan” – “Marafon”

“Sabah” – “İmişli”

“Sumqayıt” – “Qarabağ”

“Qəbələ” – “Şahdağ Qusar”

“Şəfa” – “Neftçi”

“Turan Tovuz” – “Kəpəz”

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 təsnifat mərhələsinin görüşləri dekabrın 1-2-də keçiriləcək.

728×90
Paylaş: