Azərbaycanın “qara siyahısı”nda olan şəxs saxlanıldı

“Köklü Değişim Medya”nın İstanbul təmsilçisi Muhammed Emin Yıldırım sosial şəbəkə paylaşımları səbəbilə İstanbul Polisi tərəfindən saxlanılıb.
Faktum.az xəbər verir ki, Yıldırım daha əvvəl rəsmi Bakı tərəfindən “persona non-grata” (arzuolunmaz şəxs) elan edilmişdi.
Xatırladaq ki, oktyabrın 21-də Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin 31 vətəndaşının – o cümlədən jurnalistlər, siyasətçilər, elm adamları və yazıçıların – ölkəyə girişinə qadağa qoyub.
