Tarixin ilk sülh müqaviləsi: “Kadeş müqaviləsi necə imzalandı?”

Faktum.az xəbər verir ki, bəşəriyyət tarixində məlum olan ilk yazılı sülh sazişi – Kadeş müqaviləsi e.ə. 1259-cu ildə Misir fironu II Ramzes ilə Het çarı III Hattuşili arasında imzalanıb. Suriya ərazisindəki hakimiyyət uğrunda illərlə davam edən müharibədən sonra bağlanan bu müqavilə təkcə hərbi əməliyyatları dayandırmayıb, həm də tərəflər arasında qarşılıqlı yardım və hücum etməmək öhdəliyi yaradıb.
Tarixçilərin araşdırmalarına görə, müqavilənin mətni həm Misir iyerroqlifləri, həm də Het mixi yazıları ilə gümüş lövhələr üzərində həkk olunub. Müasir diplomatiyanın bünövrəsi hesab edilən bu tarixi sənədin gips surəti bu gün BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahının divarını bəzəyir.
