Zəfər salnaməsi

Vətən müharibəsinin 26-cı günündə azad olunan yaşayış məntəqələri
Faktum.az xəbər verir ki, 2020-ci il 22 oktyabr tarixində – 44 günlük Vətən Müharibəsinin 26-cı günündə Azərbaycan Ordusu düşmənə növbəti sarsıdıcı zərbələr endirərək mühüm yaşayış məntəqələrini işğaldan azad edib.
Rəşadətli ordumuzun keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli və Aşağı Rəfədinli, eləcə də Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli və Dərzili kəndləri mənfur düşməndən təmizlənib.
Tarixi qələbə addım-addım yaxınlaşaraq şanlı zəfər tariximizə 22 oktyabr mərhələsi kimi qızıl hərflərlə həkk olunub.
